Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

24 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 506 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 608 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 67 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 229 m3/s olmaqla, ongünlük normanın 129 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 116 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 22, Salyanda 15, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2014-cü il aprelin 24-də 324 sm), Şirvanda 209 sm (2014-cü il aprelin 24-də 167 sm), Salyanda 175 sm (2014-cü il aprelin 24-də 85 sm), Bankədə 188 sm (2014-cü il aprelin 24-də 186 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il aprelin 24-də 34 sm) təşkil edir.