Xəbərlər


Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir

08 Dekabr 2025, 14:50

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən regionlarda ətraf mühitin mühafizəsi sahəsində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Növbəti görüşlər Zaqatala rayonu Suvagil kənd tam orta məktəbində və Ağdam rayonu A.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbində keçirilib. Mütəxəssislər tərəfindən şagirdlərə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə, tullantıların idarə olunması və təkrar emalın əhəmiyyəti, təbii resurslara qənaət vərdişləri haqqında ətraflı məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.

Tədbirlərin keçirilməsində məqsəd regionlarda yaşayan əhalidə təbiətə qarşı məsuliyyət hissini artırmaq, ekoloji bilik və bacarıqları inkişaf etdirmək, xüsusən də gənc nəsildə təbii resursların istifadəsi zamanı israfın qarşısının alınması üçün düzgün vərdişlər formalaşdırmaqdır.