Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər davam edir
01 Dekabr 2025, 17:12
Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Gəncə şəhər 24 nömrəli tam orta məktəbin və Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı uşaqlara ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyat keçirilən meşəbərpa işləri, ekosistemlərin bərpası ilə bağlı ətraflı məlumat verilib. Tədbirlər interaktiv sual-cavab formatında keçirilib və şagirdlərə gündəlik həyatda tətbiq edilə bilən qənaət vərdişləri və bunun əhəmiyyəti izah olunub.
Maarifləndirici görüşlərin əsas məqsədi uşaqlarda ekoloji biliklərin zənginləşdirilməsi, təbiətə qarşı məsuliyyətli yanaşmanın təmin edilməsi, ətraf mühitin qorunmasının vacibliyinin aşılanması və sağlam ekoloji davranış vərdişlərinin formalaşdırılmasıdır.