Xəbərlər


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

28 Noyabr 2025, 17:52

Noyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 463 litr olan plastik, 225 litr olan şüşə tullantı, 440 ədəd işlənmiş batareya təhvil verərək əvəzində badam, Eldar şamı və sərv tingləri əldə ediblər.

Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.