“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclərə “Ətraf mühit sahəsində ixtisaslı kadrların rolu və tələbatı” mövzusunda təlim keçirilib
17 Noyabr 2025, 14:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Ətraf mühit sahəsində ixtisaslı kadrların rolu və tələbatı” mövzusunda növbəti təlim keçirilib.
Nazirliyin Hüquq və insan resursları şöbəsinin sektor müdiri Sədəf Abdullayeva tərəfindən keçirilən təlim zamanı iştirakçılara ətraf mühitin mühafizəsi sahəsində peşəkar kadrların hazırlanmasının əhəmiyyəti, müasir ekoloji çağırışlar fonunda ixtisaslı mütəxəssislərə artan ehtiyac, bu istiqamətdə dövlət və özəl sektorda mövcud iş imkanları barədə ətraflı məlumat təqdim edilib.
Təlim interaktiv şəkildə davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda gənclərin ekoloji sahədə karyera planlaması, bilik və bacarıqların inkişafı ilə bağlı tövsiyələr verilib.