Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

20 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 260 m3/s olmaqla ongünlük normanın 35 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 355 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 107 m3/s təşkil edərək ongünlük normanın 64 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 20, Bankədə 7, Salyanda 35 sm artım, Surrada 39, Araz çayının Novruzlu məntəqəsində isə 40 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 422 sm (2014-cü il aprelin 20-də 316 sm), Şirvanda 345 sm (2014-cü il aprelin 20-də 159 sm), Salyanda 250 sm (2014-cü il aprelin 20-də 84 sm), Bankədə 214 sm (2014-cü il aprelin 20-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 163 sm (2014-cü il aprelin 20-də 38 sm) təşkil edir.