Xəbərlər


“Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam edir

14 Noyabr 2025, 18:35

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirilir.

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin və Bakının Suraxanı, Qaradağ, Sabunçu, Nərimanov rayonları, eləcə də Bərdə və Beyləqan rayonları polis şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bərdə, Beyləqan, Suraxanı, Qaradağ, Sabunçu, Nərimanov rayonlarının ərazisində ümumilikdə 804 avtonəqliyyat vasitəsinə baxış keçirilib.

Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.