Xəbərlər


12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

14 Noyabr 2025, 17:22

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Nazirliyin əməkdaşları və ekokönüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.