Xəbərlər


Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib

13 Noyabr 2025, 14:45

 
Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin və Cəbrayıl rayonu N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin şagirdləri ilə maarifləndirici görüşlər təşkil edilib.

Görüşlər zamanı uşaqlara ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyat keçirilən meşəbərpa işləri, ekosistemlərin bərpası, flora və fauna növlərinin qorunması ilə bağlı ətraflı məlumat verilib.

Maarifləndirici görüşlərin əsas məqsədi uşaqlarda ekoloji bilikləri artırmaq, təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunmasının vacibliyini aşılamaq, ekoloji davranış qaydalarına əməl etmə vərdişlərini formalaşdırmaqdır.