Xəbərlər


“Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

12 Noyabr 2025, 18:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Bravo" Koroğlu hipermarketin qarşısında növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
 
Aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu 160 litr olan plastik, 75 litr olan şüşə tullantı və 103 ədəd işlənmiş batareya gətirərək əvəzində nar, badam, Eldar şamı və sərv tingləri əldə ediblər.

Tədbirin keçirilməsində məqsəd əhalidə tullantıların çeşidlənməsi vərdişlərinin formalaşdırılması, təkrar emalın əhəmiyyətinə diqqətin artırılması və ekoloji şüurun gücləndirilməsidir.

Aksiyanın payız əkin mövsümünün sonunadək davam etməsi nəzərdə tutulub.