Xəbərlər


Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir

10 Noyabr 2025, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

Ölkə üzrə 3 - 7 noyabr tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 1694 m3 həcmində oduncaq tədarük olunub.