“22 aprel - Beynəlxalq Yer Günü” ilə əlaqədar iməcilik keçirilib
18 Aprel 2015, 00:00
18 aprel 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “22 aprel - BeynəlÑ…alq Yer Günü” ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov, Nazirliyin əməkdaşları, ekoloji qeyri - hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiyada sözügedən ərazinin 150 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Qeyd edək ki, Beynəlxalq Yer günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Xatırladaq ki, “22 aprel-Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri Ð¥IÐ¥ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən sonra isə ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılmışdı.