Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlər hava şəraitinin yağmursuz keçməsi ilə əlaqədar Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 1-6, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında isə 2-3 sm azalma müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 309 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 95 m3/s təşkil edərək ongünlük normanın 57 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 26, Şirvanda 6, Salyanda 27, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 60 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 411 sm (2014-cü il aprelin 17-də 320 sm), Şirvanda 251 sm (2014-cü il aprelin 17-də 167 sm), Salyanda 187 sm (2014-cü il aprelin 17-də 95 sm), Bankədə 193 sm (2014-cü il aprelin 17-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2014-cü il aprelin 17-də 50 sm) təşkil edir.