“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclərə növbəti təlim keçirilib
17 Oktyabr 2025, 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün növbəti maarifləndirici təlim təşkil olunub.
Bu dəfəki təlim “Meşə idarəetməsi və yeni yanaşmalar” mövzusuna həsr edilib. Tədbirdə Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev iştirakçılara meşələrin qorunması və bərpası, yeni meşə sahələrinin salınması, əkin materiallarının yetişdirilməsi, meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsi və meşəçilikdə müasir CİS texnologiyalarının tətbiqi barədə geniş məlumat verib.
Təlim zamanı həmçinin meşələrdə xəstəlik və zərərvericilərlə mübarizə tədbirləri, meşə yanğınlarının qarşısının alınması, ekoturizmin meşə ekosistemlərinin davamlı idarə olunmasındakı rolu, eləcə də quraqlığa davamlı növlərin meşəbərpa proseslərində tətbiqi kimi aktual məsələlər müzakirə olunub.
Tədbirin əsas məqsədi gənclərdə meşə ekosistemlərinin idarə olunması, bərpası, mühafizəsi və davamlı istifadəsi sahəsində bilik və ekoloji məsuliyyətin artırılması olub.