Xəbərlər


Ağacəkmə aksiyası keçirilib

16 Oktyabr 2025, 16:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Baku Steel Company” QSC-nin birgə təşkilatçılığı, hər iki qurumun əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, eyni zamanda ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.