Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov aprel ayının 24-də Beyləqan şəhərində vətəndaşların qəbulunu keçirəcək
15 Aprel 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 24 aprel 2015-ci il tarixində saat 10:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 7) Beyləqan, İmişli, Ağcabədi, Füzuli və Ağdam rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Beyləqan şəhəri, M.Əzizbəyov 35, əlaqə telefonları: 050-326-83-95, 070-357-84-34, 021-22-5-5-39) xahiş olunur.