Azərbaycan könüllülərinin iştirakı ilə 27 Sentyabr - Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
27 Sentyabr 2025, 16:35
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən aksiya zamanı Müşfiqabad qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ağaclar əkilib.
Aksiyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və könüllülər iştirak edib.