Xəbərlər


27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

27 Sentyabr 2025, 15:58

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.