Xəbərlər


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 87 kq batareya toplanıb

25 Sentyabr 2025, 18:15

 
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində könüllülər Azərbaycan Sənaye Bankından, “Landau school” məktəbindən, “Araz” supermarketlər şəbəkəsinin Space filialından, "Rahat" supermarketlər şəbəkəsinin İnqilab filialından ümumilikdə 87 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.

Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə 600-dən artıq məntəqədə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.