Anım Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib
25 Sentyabr 2025, 17:13
27 sentyabr Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Tədbirdə qurumların rəsmiləri və əməkdaşları, QHT nümayəndələri, eləcə də ekokönüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə Eldar şamı və zeytun ağacları əkilib.