Xəbərlər


“Ümumdünya Avtomobilsiz Günü” münasibətilə milli parklarda veloyürüşlər keçirilib

23 Sentyabr 2025, 18:20

 
22 sentyabr – “Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar Abşeron və Şirvan milli parklarında məktəblilərin iştirakı ilə veloyürüşlər təşkil olunub.

Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron Milli Parkında keçirilən veloyürüşə 235 və 168 nömrəli orta məktəblərin şagirdləri qoşulub. Məktəblilər 5 kilometrdən artıq məsafəni qət ediblər.

Salyan rayonunun Yenikənd tam orta məktəbinin şagirdləri isə Şirvan Milli Parkında təşkil edilən veloyürüşdə iştirak ediblər.

Tədbirlərin əsas məqsədi ekoloji təmiz nəqliyyatdan istifadənin təşviqi, atmosferə buraxılan zərərli qazların azaldılmasına dəstək vermək və gənclərdə sağlam həyat tərzi vərdişlərini formalaşdırmaqdır.