“Təmiz ölkəm” devizi altında keçirilən növbəti iməciliyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qoşulub
23 Sentyabr 2025, 16:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti təmizlik aksiyası Xəzər dənizinin Hövsan sahilində təşkil olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı sahil zolağı 350 kiloqramdan artıq tullantıdan təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsinin əsas məqsədi sahilyanı ərazilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq, eyni zamanda ictimaiyyəti ekoloji fəaliyyətlərə cəlb edərək onlarda təbiətə olan məsuliyyət hissini formalaşdırmaqdır.