“II Yaşıl düşüncə maarifləndirmə proqramı”na start verilir
15 Sentyabr 2025, 16:20
Bilik Günü münasibətilə gənclərin ekoloji şüurunun formalaşmasına, ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin məsuliyyət hissinin gücləndirilməsinə dəstək olmaq məqsədilə öyrənməyə həvəsli 17–25 yaş arası gənclər üçün “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verilir.
Qeydiyyat: 15-25 sentyabr
Təlimin müddəti: oktyabr – noyabr
Vaxt: təlimlər əsasən günün ikinci yarısında keçiriləcək
Vaxt: təlimlər əsasən günün ikinci yarısında keçiriləcək
Bu proqramda sizi nələr gözləyir?
Nəzəri hissə:
- Ətraf mühitin qorunmasında hüquqi yanaşmalar: milli və beynəlxalq çərçivə
- Bioloji müxtəlifliyin qorunması və davamlı gələcək
- Tullantıların idarə edilməsi: müasir tullantı idarəçiliyi və dövri iqtisadiyyat
- Meşə idarəetməsi və yeni yanaşmalar
- Texnologiya və təbiət: rəqəmsal ekologiya və innovativ yanaşmalar
- Layihələrə ekoloji baxış: ətraf mühitə təsirin qiymətləndirilməsi və əlavə dəyər
- İqlim dəyişmələri: erkən xəbərdarlıq sistemlərinin rolu
- Sosial şəbəkələr üçün ekoloji mesajların vizual təqdimatı: ekoloji kontent hazırlığı və s.
Praktiki hissə:
- Ağacəkmə aksiyalarında iştirak
- Tinglik sahələri ilə tanışlıq
- Situasiya Mərkəzinə ekskursiya
- Milli parklara səfər
- Qrup işlərinin təşkili
Proqramın sonunda imtahan təşkil olunacaq və uğurla iştirak edən gənclər sertifikat əldə edəcəklər.
Qeydiyyatdan keçmək üçün link: