Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 226 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 36, Salyanda 29, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 307 sm (2014-cü il aprelin 10-da 336 sm), Şirvanda 175 sm (2014-cü il aprelin 10-da 181sm), Salyanda 148 sm (2014-cü il aprelin 10-da 92 sm), Bankədə 178 sm (2014-cü il aprelin 10-da 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2014-cü il aprelin 10-da 55 sm) təşkil edir.