Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir
08 Sentyabr 2025, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Ölkə üzrə 1-5 sentyabr tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 3817 m3 həcmində oduncaq tədarük olunub.