Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir
01 Sentyabr 2025, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Ölkə üzrə 25-29 avqust tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 5699 m3 həcmində oduncaq tədarük olunub.