Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir
25 Avqust 2025, 15:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Ölkə üzrə 18-22 avqust tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 3863 m3 həcmində oduncaq tədarük olunub.