Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
06 Aprel 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 90-120, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 304 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 149 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 8, Araz çayının Novruzlu məntəqəsində 27 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 390 sm (2014-cü il aprelin 06-da 332 sm), Şirvanda 273 sm (2014-cü il aprelin 06-da 185 sm), Salyanda 227 sm (2014-cü il aprelin 06-da 125 sm), Bankədə 209 sm (2014-cü il aprelin 06-da 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2014-cü il aprelin 06-da 73 sm) təşkil edir.