“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 73 kq işlənmiş batareya təhvil alınıb
29 İyul 2025, 17:00
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində könüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.
Könüllülər Dövlət Məşğulluq Agentliyindən, "Kapital Bank"ın Təbriz filialından, “Expressbank"ın baş ofisindən, "Bravo" supermarketlər şəbəkəsinin Koroğlu filialından, “Facility Management Group” un Dalğa Plaza və BEGOC filiallarından ümumilikdə 73 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
Bu təşəbbüs təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də cəmiyyət arasında ekoloji məsuliyyət və şüurun artırılmasına yönəlib. Hər kəsi bu cür faydalı təşəbbüslərə qoşularaq təbiətin qorunmasına öz töhfəsini verməyə çağırırıq. Unutmayaq ki, hər bir kiçik addım böyük dəyişikliklərin başlanğıcı ola bilər.