Tibbi tullantıların düzgün idarə olunması sahəsində maarifləndirici tədbirlər keçirilib
08 İyul 2025, 17:28
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən növbəti görüşlər Sumqayıt şəhər 1 nömrəli xəstəxanada, Ağsu, Kürdəmir rayon mərkəzi xəstəxanalarında keçirilib.
Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.