
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
04 İyul 2025, 17:15
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında, eyni zamanda İmişli və Füzuli rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub və yaşıllıqlara ümumilikdə 81470 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.