Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
30 Mart 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-170, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 235 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 61 m3/s təşkil edərək ongünlük normanın 54 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 10, Araz çayının Novruzlu məntəqəsində 9 sm azalma, Bankədə 10 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2014-cü il martın 30-da 286 sm), Şirvanda 219 sm (2014-cü il martın 30-da 130 sm), Salyanda 189 sm (2014-cü il martın 30-da 60 sm), Bankədə 201 sm (2014-cü il martın 30-da 229 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2014-cü il martın 30-da 28 sm) təşkil edir.