Xəbərlər

“Təmiz ölkəm” aksiyası çəçivəsində növbəti aksiya keçirilib

19 İyun 2025, 18:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Azərsun Holding” MMC-nin “Zeytun bağları” markasının əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təşkil olunan aksiya çərçivəsində sahil zolağı ərazi 450 kiloqramdan artıq tullantıdan təmizlənib.

Ətraf mühitin mühafizəsinə yönəlmiş bu cür təşəbbüslərə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara, könüllülərə təşəkkürümüzü bildirir, hər kəsi tullantıların düzgün idarə olunması və ekoloji şüurun formalaşması istiqamətində birgə fəaliyyətə və davamlı dəstəyə çağırırıq.