Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
18 Mart 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 mart 2015-ci il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 65 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 34 iş üzrə 47150 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 1626.5 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 396 iş üzrə 68890.8 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 21, məhkəmələrə isə 5 iş göndərilib.