Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya Xəzərin Novxanı sahilində keçirilib

30 May 2025, 18:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyasına Azərbaycan Dövlət İqtisad Universiteti də qoşulub.

Xəzərin Novxanı sahilində keçirilən aksiya çərçivəsində universitetin tələbə və müəllim heyəti, ekokönüllülər ümumilikdə 300 kiloqramdan artıq tullantını sahil zolağından təmizləyib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd cəmiyyətin, xüsusilə gənclərin təbiətə qarşı məsuliyyətli münasibətinin formalaşdırılması, vətəndaşların könüllü iştirakı ilə ekoloji məsələlərə diqqətin artırılması və təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etməkdir.