Xəbərlər

Havada toz müşahidə olunur

30 May 2025, 12:35

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.