Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib
29 May 2025, 17:17
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası Xəzərin Bilgəh sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Abşeron Hotel Qrup” MMC-nin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı sahil zolağı 800 kiloqrama yaxın tullantıdan təmizlənib.
“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.