
“AzeLab” MMC Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib
29 May 2025, 14:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “AzeLab” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən (AzAK) akkreditasiyadan keçirilib.
Bununla da, "AzeLab" MMC sınaq laboratoriyası, sınaq fəaliyyətinin həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2020 - "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına uyğun akkreditə olunub və fəaliyyət sahəsinə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.
Qeyd edək ki, Akkreditasiya attestatı müştərilər üçün xidmətlərin güvənirliyini, doğruluğunu təmin edir, nəticələrin düzgünlüyünü artırır və beynəlxalq səviyyədə tanınmasını asanlaşdırır.