Xəbərlər

Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərində təhsil alan şagirdlər üçün maarifləndirici görüş keçirilib

26 May 2025, 16:40

 
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüş keçirilib.

Görüş zamanı şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları, həmçinin qənaətcil həyat tərzinin vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda interaktiv müzakirələr təşkil olunub, gündəlik həyatımızda ekoloji məsuliyyətin necə tətbiq oluna biləcəyi, tullantıların azaldılması və təkrar emal proseslərinin faydaları izah edilib.