Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür
10 May 2025, 16:15
Hər il may və oktyabr aylarının ikinci şənbəsində qeyd olunan bu gün, quşların və onların yaşayış mühitlərinin qorunmasına diqqət çəkir.
Bu il Ümumdünya Köçəri Quşlar Günü "Quşlar üçün dost şəhərlər və icmaların yaradılması" devizi altında qeyd olunaraq insanlar və quşlar arasında sağlam birgə yaşayışın zəruriliyini, səs-küylü şəhərlərdən kiçik qəsəbələrə qədər bütün icmalarda köçəri quş populyasiyalarını dəstəkləyən mühitlərin yaradılmasının və uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayır.
Köçəri quşlar qlobal ekosistemlərin bir parçasıdır və onlar üçün təhlükəsiz köç yolları, təmiz su mənbələri və yaşayış mühitləri bizim hamımızın məsuliyyətidir.