Xəbərlər

“Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

06 May 2025, 13:38

 
Mayın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- Bravo Əhmədli hipermarket - Xətai rayonu, Ramiz Quliyev 4
- Saat: 12:00
- 8 may