Xəbərlər

"Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti ağacəkmə aksiyaları təşkil olunub

29 Aprel 2025, 17:40

 
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyaları davam edir.

Növbəti aksiyalar çərçivəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, digər assosiasiyaların məsul şəxləri və assosiasiyaya üzv təşkilatların 250-yə yaxın nümayəndəsi və ekokönüllülər iştirak edib.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı isə Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladları, ekokönüllülər iştirak edib.

Tədbirlər zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.