Şagirdlərlə ekoloji maarifləndirici görüş keçirilib
25 Aprel 2025, 15:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 172 saylı tam orta məktəbdə ekoloji maarifləndirici tədbir keçirilib.
Mütəxəssislər tərəfindən məktəblilərə son dövrlər ətraf mühitin sağlamlaşdırılması, xüsusən də ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər, qarşıda duran prioritet məsələlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, uşaqlara səyyar labaratoriya vasitəsilə monitorinqlərin necə aparılması üsulu əyani nümayiş olunub, dəniz suyunun analiz prosesi göstərilib.