Xəbərlər

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə növbəti görüşlər keçirilib

23 Aprel 2025, 18:11

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə növbəti görüşlər keçirilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadəedənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub, onlarla məişətdə və kənd təsərrüfatında sudan qənaətli istifadənin təmin edilməsi barədə söhbətlər aparılıb.

Tədbirdə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirlərinin həyata keçirilməli olduğu diqqətə çatdırılıb.