Xəbərlər

Yer Günü münasibətilə ağacəkmə aksiyaları davam edir

22 Aprel 2025, 18:10

 
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Qlobal Media Qrupun üzvlərinin, “Araz” supermarketlər şəbəkəsinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyaları keçirilib.

Aksiyalar çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.