
Bu gün Yer Günüdür
22 Aprel 2025, 10:25
22 aprel dünyada Yer Günü kimi qeyd olunur.
Bu xüsusi günün məqsədi ekoloji problemlərə diqqət çəkmək, ətraf mühitin qorunmasına çağırmaq və gələcək nəsillər üçün davamlı həyat tərzini təşviq etməkdir.
1970-ci ildən etibarən bütün dünyada milyonlarla insan Yer Günü çərçivəsində ağacəkmə, təmizlik kampaniyaları və maarifləndirmə tədbirlərində iştirak edir.
Bu il “Bizim gücümüz, bizim planetimiz” devizi altında qeyd olunan Yer Gününün əsas hədəfi 2030-cu ilə qədər təmiz enerjini 3 dəfə artırmaq, bərpa olunan enerji və ekoloji davamlılıq üçün birləşməyə çağırışdır.