Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
06 Mart 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 510-700 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 70-120, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 124 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 38 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma, Surrada 13, Bankədə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 sm (2014-cü il martın 06-da 303 sm), Şirvanda 243 sm (2014-cü il martın 06-da 132 sm), Salyanda 207 sm (2014-cü il martın 06-da 75 sm), Bankədə 205 sm (2014-cü il martın 06-da 186 sm), Araz çayının Novruzlu məntəqəsində isə 128 sm (2014-cü il martın 06-da 48 sm) təşkil edir.