Xəbərlər

Çaylarda müşahidə olunan faktiki vəziyyət

16 Aprel 2025, 00:30

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52 sm, Qarasuçayda 33 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabbırı-Kəsəməndə 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38 sm, Köndələnçayda 11 sm, Quruçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.