Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov mart ayının 13-də Şabran şəhərində vətəndaşların qəbulunu keçirəcək

04 Mart 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 13 mart 2015-ci il tarixində saat 10:00-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) Şabran, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzəndə yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9, əlaqə telefonları: 050-474-89-28, 050-543-88-63, 023-35-3-23-40) xahiş olunur.