Xəbərlər

Tələbələr Şahdağ Milli Parkının Quba bölməsinə ekskursiya edib

11 Aprel 2025, 12:15

 
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbə və pedaqoji heyətinin iştirakı ilə Şahdağ Milli Parkının Quba bölməsinə ekskursiya təşkil olunub.

İştirakçılar Quba-Alıc-Əliçapan və Quba-Xanəgah ekoturizm marşrutları boyunca milli parkın əsrarəngiz təbiəti ilə tanış olub, ekosistemin qorunması, ətraf mühitə məsuliyyətli yanaşmanın əhəmiyyəti barədə məlumatlandırılıblar.

Tədbirin məqsədi təbiətə olan sevginin aşılanması, gənc nəsildə ekoloji şüurun gücləndirilməsidir.